axin.az

SON DƏQİQƏ

“Buta Airways”in Lvov-Bakı reysi gecikib

20-01-2020, 14:02

“Buta Airways”in Lvov-Bakı reysi gecikib“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin bu gün Ukraynanın Lvov şəhərindən Bakıya həyata keçirdiyi reys gecikmə ilə baş tutub.

“Axin.az”in məlumatına görə, "Embraer-190" markalı sərnişin təyyarəsi havaya nəzərdə tutulandan 45 dəqiqə sonra qalxıb.

Buna səbəb aviareysə qeydiyyat zamanı texniki yanlışlığa yol verilməsi olub. Belə ki, sərnişinlərdən birinin əl yükü talonu səhvən başqa sərnişinin uçuş talonuna yapışdırılıb. Bunu üzə çıxarmaq üçün təyyarə bələdçiləri əvvəlcə pasportları, sonra isə uçuş talonlarını siyahı ilə üzləşdiriblər. Anlaşılmazlıq aradan qaldırıldıqdan sonra təyyarə hava limanını tərk edib.

Xatırladaq ki, “Buta Airways”in yanvarın 13-də Bakıdan Lvova həyata keçirdiyi reys də gecikmişdi. Amma həmin vaxt təyyarədə nasazlıq yaranmışdı və sərnişinlər bir neçə saatdan sonra digər təyyarə ilə yola salınmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA