Xalq artisti Zeynəb Xanlarova 12 ildən sonra solo konsert verəcək. Axin.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq gecənin təşkilatçıları “Peachline” və “Kevents Group” şirkətləridir. Konsert martın 18-də keçiriləcəyi bildirilib. Xatırladaq ki, Z.Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.