axin.az

SON DƏQİQƏ

AzTU-da 7 fakültəyə dekan seçilib

14-01-2020, 19:21

AzTU-da 7 fakültəyə dekan seçilibAzərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

Ali təhsil müəssisəsindən "Axin.az"a verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev Nəqliyyat və logistika, Nizami Poladov Metallurgiya və materialşünaslıq, Ərəstun Məmmədov Maşınqayırma və robototexnika, Taleh Şirinov İnformasiya və telekommunikasiya texnologiyaları, Fərqanə Musayeva İqtisadiyyat və idarəetmə, Elçin Rzayev isə Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib.

Qeyd edək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub. Elmi Şuranın 02.10.2019-cu il tarixili qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA