axin.az

SON DƏQİQƏ

60 saylı dairənin favoritləri bilindi – Ağamalı ilə Ağayev yenidən üz-üzə

22-12-2019, 14:33

60 saylı dairənin favoritləri bilindi – Ağamalı ilə Ağayev yenidən üz-üzə

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca namizədlər arasında mübarizənin qızışdığı hiss edilir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, aktiv seçki marafonunun olacağı yerlərdən biri də , 60 saylı Salyan-Neftçala seçki dairəsidir. Qeyd edək ki, həmin dairədən son seçkilərdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat mandatı qazanıb. Son seçkilərdə onun ən güclü rəqibi Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev olub. Fəzail Ağamalının yenidən həmin dairədən deputat seçilmək istədiyi tam dəqiqləşib. Bəs ötən seçkidə həmin dairədən çox aktiv seçki təbliğatı aparan İsmayıl Ağayev necə, bu dəfə mandat qazanma marafonuna qoşulacaqmı?

BDM sədri Azinforum.az-a açıqlamasında məhz həmin dairədən namizədliyini irəli sürəcəyini bildirdi:

“Mənim bir qədər gözləməyim məhz Fəzail Ağamalının qərarı ilə bağlı idi. Güman edirdim ki, ölkədə aparılan islahatların fonunda o, bu dəfə gənclərin yarışmasına şərait yaradacaq. Tam dəqiqləşdirmişəm ki, F. Ağamalı məhz 60 saylı dairədən namizədliyini irəli sürəcək. Mən də onunla yenidən yarışmaq qərarını verdim. Bu seçkilərə daha aktiv hazırlaşıram. Müstqəil qurumların, medianın seçkiləri obyektiv müşahidəsini təmin etməyə çalışacam”.

Çinarə SEYİDOVA,


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA