axin.az

SON DƏQİQƏ

Azərbaycanda İİV-ə yoluxma qadınlara nisbətən kişilər arasında daha çoxdur

2-12-2019, 15:47

Azərbaycanda İİV-ə yoluxma qadınlara nisbətən kişilər arasında daha çoxdur

Avropa regionunda olduğu kimi Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir.

Axin.az-ın məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, qərbdə QİÇS halları azalır, amma şərqdə azalma halları olmasa da, yoluxmada sabitləşmə müşahidə edilir:

“İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş “90-90-90” hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi”.

Mütəxəssis qeyd edib ki, hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb:

“Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq”.

C.Süleymanova qeyd edib ki, bu ilin sonuna kimi ÜST tərəfindən İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA