axin.az

SON DƏQİQƏ

Marneulidə su-kanalizasiya sisteminin inşası gələn il başa çatacaq

6-06-2020, 16:18

Marneulidə su-kanalizasiya sisteminin inşası gələn il başa çatacaqGürcüstan baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili Marneuliyə səfər edib.

“axin.az”in yerli bürosu xəbər verir ki, nazir bələdiyyədə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi prosesi ilə tanış olub.

M.Tskitişvili bildirib ki, Asiya İnkişaf Bankı layihənin maliyyələşdirilməsinə 150 milyon lari vəsait ayırıb: “Layihə gələn il başa çatdırılacaq. Lakin sentyabr ayından etibarən sistemin mərhələli şəkildə işə salınması nəzərdə tutulub”.

Hazırkı mərhələdə nasos stansiyalar və rezervuarlar, magistral boru xətləri və daxili şəbəkə, yeni kanalizasiya kollektoru tikilir.

Layihənin başa çatdırılmasından sonra Marneuli və 5 kənd – Tsereteli, Saimerlo, Qızılhacılı, Böyük Bəylər və Kiçik Bəylərin 30 mindən çox sakini 24 saat ərzində sabit və keyfiyyətli su ilə təmin olunacaq. Yeni kanalizasiya sistemi isə 40 min sakin üçün nəzərdə tutulub.

Qeyd edək ki, Marneulidə su təminatı ilə bağlı problem uzun illərdir mövcuddur və rayon əhalisinin 80%-dən çoxu sudan məhdud qrafiklə istifadə edə bilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA