axin.az

SON DƏQİQƏ

Nazirlik 191 obyektdə nöqsan aşkarladı

2-06-2020, 19:30

Nazirlik 191 obyektdə nöqsan aşkarladıİqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Axin.az-a verilən məlumata görə, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda “Ballı market”də, “Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda “Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, “X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda “Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda “Yeni Bakı” kafesində, Xətai rayonunda “Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda “Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda “Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda “Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda “Dokta” aptekində, Göygöl rayonunda “Helenendorf” otelində və “Oba market”də, Masallı rayonunda “44 Dönər Evi”ndə, “Hector” mağazasında, “Karal” oteldə, Zaqatala rayonunda “Kibel” parfümeriya mağazasında, “Meydan” kafesində, “Ekonom Univermaq”da, Ağdam rayonunda “Zeytun” aptekində, “İstanbul kafe”də, Siyəzən rayonunda “Sky Elektroniks”, “Al Market”, “Y.T Moda”, “Çıraq Qala un və un məmulatları” mağazalarında və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA