axin.az

SON DƏQİQƏ

Ramin Bayramlıdan koronavirusla bağlı SMS-lər barədə AÇIQLAMA

22-05-2020, 19:29

Ramin Bayramlıdan koronavirusla bağlı SMS-lər barədə AÇIQLAMA“Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər”.

Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, müəssisələrə tibbi personal ezam edilir:

“Bu həkimlər digər tibb müəssisələrindən ayrılaraq ora göndərilir. Bu isə onların iş yükünü artırır. Bütün bu amillər onu deməyə əsas verir ki, koronavirusa yoluxma sayını keçsək, onun öhdəsindən gəlmək çətin olar”.

Sədr bildirib ki, koronavirus testi neqativ çıxmış şəxslərə SMS göndərilməlidir:

“Əgər insanlar belə ismarıcı qəbul etmirsə, sahə poliklinikalarına müraciət edib bu barədə arayış ala bilərlər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA