axin.az

SON DƏQİQƏ

“Laçın” tankeri ilk səfərinə yollanıb

20-05-2020, 16:30

“Laçın” tankeri ilk səfərinə yollanıb
Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir.

“Axin.az”in SOCAR-a istinadən verdiyi məlumata görə, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Kulevi limanına istiqamət alıb. Oradan isə Türkiyəyə doğru yola düşəcək.

Qeyd edək ki, daimi heyəti 14 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək.Tankerin uzunluğu 141, eni 16,9 metrdir.

“Laçın” gəmisinin istismarına başlanması ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA