axin.az

SON DƏQİQƏ

Azərbaycana səfər edənlərin sayı 36%-dan çox azalıb

19-05-2020, 17:05

Azərbaycana səfər edənlərin sayı 36%-dan çox azalıbBu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 539 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə “axin.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, koronavirus pandemiyasının yayılması ilə əlaqədar cari ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında kəskin azalma müşahidə olunub, onların sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə, ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.

Cari ilin yanvar-aprel aylarında gələnlərin 30,4%-i Rusiya Federasiyası, 27,9%-i Gürcüstan, 12,3%-i Türkiyə, 6,1%-i İran, 2,3%-i Hindistan, 2,2%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Ukrayna,1,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Pakistan, hər birindən 1,3% olmaqla Küveyt və Qazaxıstan, 1,2%-i Türkmənistan, hər birindən 0,9% olmaqla İraq və Böyük Britaniya, 0,8%-i Özbəkistan, 0,7%-i İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 74%-ni kişilər, 26%-ni qadınlar təşkil edib.

Bu ilin yanvar-aprel aylarında Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 4,1 dəfə, Çindən - 3,5 dəfə, İspaniyadan, Omandan və Polşadan - 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətərdən və Niderlanddan - 2,3 dəfə, ABŞ-dan, İraqdan, İtaliyadan, Fransadan və Kanadadan gələnlərin sayı 2,2 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2 dəfə azalaraq 70,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 65,8%-i dəmir yolu və avtomobil, 32,8%-i hava, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 42,3% azalaraq 944,7 min nəfər olub. Ölkə vətəndaşlarının 33,8%-i İrana, 29,8%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,7%-i Türkiyəyə, 6,3%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9%-ni kişilər, 31,1%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3%, Türkiyəyə gedənlərin sayı 42,4%, Gürcüstana gedənlərin sayı 36,8%, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,4%-i dəmir yolu və avtomobil, 16,3%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA