axin.az

SON DƏQİQƏ

Evsizlərin son ümidi kirayə mənzillər: ŞƏRTLƏR DƏYİŞƏCƏK? - GƏLİŞMƏ

19-05-2020, 13:34

Evsizlərin son ümidi kirayə mənzillər: ŞƏRTLƏR DƏYİŞƏCƏK? - GƏLİŞMƏAztəminalı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün bu günə qədər müəyyən proqramlar təqdim edilib ki, hazırda onlardan üçü işlək vəziyyətdədir.

Hazırda ipoteka kreditləri, sosial mənzillərə müraciət və kirayə müqaviləsi ilə mənzil sahibi olmaq mümkündür. Amma qiymətlərin yüksək, şərtlərin isə ağır olması aztəminatlı ailələrin mənzil arzusunun reallaşmasına imkan vermir. Şərtlərin yumşaldılması ilə bağlı zaman-zaman müəyyən addımlar atılır. Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub. Eyni zamanda, müəllimlərə ipoteka verilməsi ilə bağlı şərtlər dəyişdirilib. Artıq bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Amma bir çoxlarının ümidlə gözlədiyi proqram-kirayə mənzillərlə bağlı da ciddi problemlər mövcuddur. Xüsusilə də qiymətlərin baha olması bu proqramı bir növ qeyri-işlək vəziyyətə gətirib.

Maraqlıdır, kirayə mənzillərlə bağlı da dəyişiklik ola bilərmi?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bu sahədə ciddi boşluqların olduğunu deyib:

“Aydın məsələdir ki, biz bu məsələdə inkişaf etmiş ölkələrin səviyyəsinə çıxmamışıq. Hesab edirəm ki, yaxın gələcəkdə də buna çatmayacağıq. Amma mərhələli şəkildə bu istiqamətdə gedirik. Bu gün bu məsələdə kompleks şəkildə tədbirlər keçirilməlidir ki, biz bu səviyyəyə çıxa bilək. Çünki çatışmazlıqlar çoxdur. İstər vətəndaşın gəliri nöqteyi -nəzərdən, istərsə də bazardakı əmlak qiymətləri baxımından. Təbii ki, bazara çıxarılan əmlakın qiyməti rəqabətədavamlı olmalıdır ki, bu proses tamamlansın. Bu baxımdan, hər iki istiqamətdə kompleks tədbirlər görülməlidir. Amma atılan hər bir yumşaldıcı addım bizi ona bir addım yaxınlaşdırır. Bu gün yumşalmanın olması ciddi effekt verməyəcək. Amma heç olmasa biləcəyik ki, bu addım artıq atılıb. İqtisadi cəhətdən isə bunu hələ müasir dövrün tələblərinə uyğun həll edə bilmirik. Hər kəsin arzu etdiyi kimi, bunu əlçatan etməliyik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA