axin.az

SON DƏQİQƏ

"Azəriqaz" keçmiş başçının nazını hələ də çəkir? - GİLEY

19-05-2020, 13:16

"Azəriqaz" keçmiş başçının nazını hələ də çəkir? - GİLEYZərdab rayonu Kəndəbil kənd sakinləri Vertikal.Az-a şikayət ərizəsi ilə müraciət ediblər. Onların narazılıqları "Azəriqaz" işçilərindəndir.

Sakinlər bildirir ki, Zərdab rayonunda keçmiş icra başçısı Lütvəli Babayevin vaxtında onlara düşmən münasibət sərgilənib ki, bu gün də "Azəriqaz" rəhbərliyi həmin düşmənçiliyi az qala davam etdirirlər.

Vertikal.Az-a göndərilən müraciətdə deyilir: "Lütvəli Babayev rayonumuza rəhbərlik edəndə bizim kəndə qarşı açıq-aşkar düşmən münasibət göstərirdi. Səbəbini sonradan öyrəndik ki, sən demə, uşaq vaxtı Lütvəli Babayevi bizim kənddə möhkəmcə döyüblərmiş. Bu gülünc arqument kinli icra başçısına yetərli oldu ki, bizimlə - bütöv bir kəndin camaatı ilə ədavət aparsın.

"Azəriqaz" keçmiş başçının nazını hələ də çəkir?

O zaman Zərdabda bizim kəndə qonşu olan bütün ərazilərə - digər kəndlərin hamısına qaz çəkilsə də, Kəndəbil kənarda qaldı. Hətta "Azəriqaz"ın işçiləri də Lütvəli Babayevin sözündən çıxa bilmədilər.

İndi bizim ətrafda nə bir yaşıllıq, nə də bir ağac qalmayıb. Qazsız qalan sakinlər bütün yaşıllığı məhv edərək, təbii qazı əvəz etməyə çalışmaqda - ZÜLM ÇƏKMƏKDƏDİR".

Sakinlər bildirir ki, dəfələrlə "Azəriqaz" rəhbərliyinə yazsalar da, onların şikayətlərini dinləyən olmayıb.

Mövzu diqqətimizdədir. Çalışıb məsələyə "Azəriqaz"ın da münasibətini öyrənəcəyik. Hər halda, maraqlıdır: Nədən ətraf kəndlər qazla təmin olunduğu halda, Kəndəbil bu siyahıdan kənarda tutulub?..


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA