axin.az

SON DƏQİQƏ

64 işçisi koronavirusa yoluxan “Bakı Tikiş Evi” fəaliyyətini dayandırdı - AÇIQLAMA

16-05-2020, 13:45

64 işçisi koronavirusa yoluxan “Bakı Tikiş Evi” fəaliyyətini dayandırdı - AÇIQLAMA“Bakı Tikiş Evi” (BTE) hazırda işləmir və nə zaman açılacağı barədə məlumatlı deyiləm.
Bu barədə Axin.az -a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

BTE rəsmisi 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı "Bakı Tikiş Evi"ndə 64 nəfərin, "Baku Steel Company"də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA