axin.az

SON DƏQİQƏ

Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi

16-05-2020, 11:15

Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Axin.az" xəbər verir ki, qanuna edilən dəyişikliklərə əsasən, nağdsız qaydada kənd təsərrüfatı sahəsində həyata keçirilən hesablaşmalar müəyyənləşib.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi (birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar) ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək.

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların sayı artırılıb.

Belə ki, siyahıya xam dərinin tədarükü (alışı) də əlavə edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA