axin.az

SON DƏQİQƏ

Azərbaycandakı dini konfessiyaların rəhbərləri birlikdə iftar açdılar

15-05-2020, 15:54

Azərbaycandakı dini konfessiyaların rəhbərləri birlikdə iftar açdılarAzərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua ediblər.

"Axin.az" xəbər verir ki, əvvəlcə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, ölkədəki dini konfessiyaların rəhbərləri həmrəylik nümayiş etdirərək oruc tutub birlikdə iftar açdıq: “İlk dəfədir ki, iftarı belə açırıq. Bu, həm Uca Yaradanımızın istəyi, həm də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlıq modelidir. Mənəvi harmoniya mühitində yaşamağımız dövlətimiz tərəfindən dəstəklənir, dünya bizim bu həyat təcrübəmizi təqdir edir, dəyərli örnək kimi qiymətləndirir. Multikulturalizm, etnik və dini müxtəliflik Azərbaycanın milli sərvətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir. Bu, bizim həyat tərzimizdir, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir. Mədəniyyətlərarası, dinlərarası dialoqun, multikultural ənənələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Qürurverici haldır ki, Pontifik Şurasının bu il Ramazan ayı ilə əlaqədar dünya müsəlmanlarına müraciətində Papa həzrətlərinin Bakı səfəri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə görüşü xüsusi xatırlanır. Bu, Azərbaycan dövlətinə, onun dini-mənəvi dəyərlərə münasibətinə verilən qiymətdir. Əziz qardaşım Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril ötən il Dünya dini liderlərinin II Sammitindəki çıxışında Azərbaycanın himayədarlığı altında dinlərarası və mədəniyyətlərarası əməkdaşlığa dair Bakıda və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq tədbirləri, o cümlədən ölkəmizdəki din-dövlət münasibətlərini yüksək dəyərləndirdi”, - deyə Şeyxülislam qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA