axin.az

SON DƏQİQƏ

Ac-susuz İstanbul hava limanında gecələyən 33 tələbə Bakının köməyini gözləyir –BAŞ KONSUL İSƏ SUSUR

14-05-2020, 14:42

Ac-susuz İstanbul hava limanında gecələyən 33 tələbə Bakının köməyini gözləyir –BAŞ KONSUL İSƏ SUSURHazırda Azərbaycan-Türkiyə sərhədinin bağlanması səbəbindən İstanbulda qalan tələbələr vətənə gələ bilmirlər. Azərbaycan vətəndaşı olan 33 tələbə İstanbulda Azərbaycan dövlətinin köməyini gözləyirlər. Onlar ölkəyə geri qayıtmaq istəsələr də, buna nail ola bilmirlər.

Bu barədə Gununsesi.org-a həmin tələbələr özləri bildirib. Onlar qeyd edirlər ki, 11 may 2020-ci ildə Azərbaycanın İstanbuldakı Baş konsulluğuna getsələr də, onların vəziyyətləri ilə maraqalanan tapılmayıb. Hazırda İstanbulda hava limanında toplaşmağa məcbur qalan 33 tələbə öz ölkələrinə gəlmək üçün Azərbaycan hökumətindən kömək istəyirlər.

Tələbələrin durumu ilə bağlı Türkiyənin yetkililəri də Azərbaycan Xarici İşlər Nazirliyini xəbərdar ediblər. Türkiyə rəsmiləri Azərbaycan hökumətinə tələbələrin bir neçə gündür ac-susuz hava limanında gecələdiyini bildirib.

Gununsesi.org-un əməkdaşı Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev ilə quraraq məsələyə aydınlıq gətirmək istəyib. Ancaq davamlı telefon zənglərinə baxmayaraq, Baş konsul məsələ ilə bağlı zənglərə cavab verməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA