axin.az

SON DƏQİQƏ

ADIF "Amrah Bank" və "Atabank"ın kreditorlarına müraciət edib

9-05-2020, 20:13

ADIF "Amrah Bank" və "Atabank"ın kreditorlarına müraciət edibAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin kreditorlarına müraciət edib.

"Axin.az"in məlumatına görə, müraciətdə deyilir ki, “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.

Kreditorlardan xahiş olunur ki, iyulun 1-nə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvanlaraa müraciət etsinlər:

- Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36A, "Amrah Bank"ın baş ofisi;

- Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 102, “Atabank”ın baş ofisi;


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA