axin.az

SON DƏQİQƏ

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

7-05-2020, 21:00

Bu yollarda hərəkət məhdudlaşdırılacaqBakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Axin.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan hissəsində, Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində mayın 8-i axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA