axin.az

SON DƏQİQƏ

Təcrid rejimindən düzgün çıxış yolu açıqlandı

4-05-2020, 17:37

Təcrid rejimindən düzgün çıxış yolu açıqlandıRusiyalı idman psixoloqu, Bədən Tərbiyəsi və İdman Mərkəzinin aparıcı tədqiqatçısı Olqa Tiunova özünütəcrid rejimindən düzgün çıxış qaydalarını açıqlayıb.

O, bununla bağlı “Sputnik” radiosuna müsahibə verib.

Tədqiqatçının sözlərinə görə, özünütəcrid rejimi başa çatdıqdan sonra uzun zaman evdə oturaq rejimə alışmış orqanizmi elementar olaraq gündəlik iş rejiminə alışdırmaq lazımdır.

Mütəxəssisin fikrincə, bir insan iki ay ərzində fiziki keyfiyyətlər qazanır, amma onları iki dəfə sürətlə itirir:

“Gündəlik hərəkətlərə ən sadə məşqləri də daxil etmək vaxtıdır. Bundan əlavə, bir cədvəl hazırlaya bilərsiniz. Hər gün elektron tərəzidə özünüzü çəkin, müqayisələr aparın. Bu, hədəfin yaxın olub-olmadığını başa düşməyə kömək edəcək”.

Psixoloq idman salonlarına gələnlərə məşqə qayıdarkən əvvəlki yükün yarısından başlamalı olduqlarını və tədricən adi rejimə keçmələrini də tövsiyə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA