axin.az

SON DƏQİQƏ

Bakının bu rayonlarında su problemi var? - AÇIQLAMA

2-05-2020, 13:13

Bakının bu rayonlarında su problemi var? - AÇIQLAMABakının bir sıra ərazilərində sakinlər su problemindən əziyyət çəkdiklərini deyir.

Axin.az xəbər verir ki, onlar bu barədə sosial şəbəkələrdə paylaşım ediblər.

Söhbət paytaxtın Nizami və Yasamal rayonlarından gedir.

Nizami rayonu ərazisində yaşayan sakinlər iddia edir ki, ərazidə suyun verilişini əvvəl saat 00:00-dan 03:00-a qədər, sonra isə saat 06:00-dək dayandırdılar:

“Əvvəl suyun təzyiqi azaldı. Heç nə demədik. Amma karantin günlərində gecədən səhərə qədər suyun verilişinin dayandırılmasından narazıyıq”.

Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin sakinləri suyun gün ərzində fasilələrlə verilməsindən narazılıq edir.

Hər iki problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Qurum rəsmisi Axin.az-a açıqlamasında bildirib ki, sözügedən rayonlarda su problemi yoxdur:

“Nizami rayonu ərazisində gecə saatlarında anbarların doldurulması məqsədilə suyun təzyiqi azaldılır. Ancaq bu, suyun verilişinin dayandırılması mənasına gəlmir.

Bu, növbəti gün ərazilərin içməli su ilə təmin edilməsi üçün atılan addımdır. Əhalinin gündüz saatlarında suya tələbatı gecə saatları ilə müqayisədə, daha çox olduğundan bu şəkildə tənzimləməyə çalışırıq.

Yeni Yasamal ərazisində isə suyun gün ərzində verilişi artırılıb. Əvvəl gün ərzində altı saat yüksək təzyiqlə su verilirdi. İndi isə bu müddət səkkiz saata qaldırılıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA