axin.az

SON DƏQİQƏ

“Azərenerji” strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür

28-03-2020, 22:45

“Azərenerji” strateji əhəmiyyətli müəssisələrində qabaqlayıcı tədbirlər görür24 saat fəaliyyət göstərən "Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

“Axin.az” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, elektrik enerji sistemi həyat təminatlı mühüm əhəmiyyətli obyektlər kateqoriyasına aid olduğundan və bu spesifik sahə sayıldığından, mütəxəssislərin, mühəndislərin, sistem oparatorları və digər işçilərin səhhətinin qorunması olduqca vacibdir. Bu məqsədlə səhmdar cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və məlumatlandırma işlərinin gücləndirilməsi məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında ciddi maarifləndirmə işi aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA