axin.az

SON DƏQİQƏ

Süd verən analara koronavirusla bağlı müraciət

26-03-2020, 20:14

Süd verən analara koronavirusla bağlı müraciətKoronavirusa yoluxan ana uşağını öz südü ilə bəsləməyə qərar verərsə, əl gigiyenasından sonra N95 markalı maskanı taxaraq, bunu həyata keçirə bilər.

“HaberGlobal”ın məlumatına görə, bunu Türkiyədə Koronavirusla bağlı Elmi Şura COVID-19-a yoluxma diaqnozu qoyulan və yeni doğuş həyata keçirən analara müraciətində bildirib.

“Əgər ana südünü sağaraq vermək istəyərsə, əl gigiyenasından sonra sinəsini təmizləməlidir. Bundan sonra cərrahi maska taxaraq, pompadan istifadə edə bilər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumatlarda virusun əmizdirmə yolu ilə uşaqlara keçmədiyi bildirilmişdi. Ancaq əmizdirmə vaxtı diqqətli olmaq lazımdır. Virus damcı və təmas yolu ilə yoluxa bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA