axin.az

SON DƏQİQƏ

FIDE prezidentindən Teymur Rəcəbov açıqlaması

26-03-2020, 18:49

FIDE prezidentindən Teymur Rəcəbov açıqlaması
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç İddiaçılar Turnirini dayandırmaqla azərbaycanlı qrossmeyster Teymur Rəcəbova münasibətdə etikadankənar hərəkətə yol verdikləri fikri ilə razılaşmayıb.

"Axin.az"in məlumatına görə, rusiyalı funksioner bu barədə "championat.com"a açıqlama verib. O bildirib ki, Rəcəbov turnirdən virus təhlükəsi ilə əlaqədar imtina edib. Dvorkoviç bu baxımdan, maksimal müdafiə tədbirləri gördüklərini iddia edib: "Gündə iki dəfə tibbi baxış, koronavirusu üzə çıxarmaq üçün testlər, azarkeşlərin yoxluğu, media ilə ünsiyyətə ciddi məhdudiyyət qoyulmuşdu. İştirakçıların koronavirus testlərinin nəticəsi isə mənfi olmuşdu".

Dvorkoviçin sözlərinə görə, yarışın təxirə salınması Rusiya Federasiya hökumətinin beynəlxalq aviasiya əlaqələrinə qadağa qoyması ilə əlaqədardır: "Bu qadağa oyunçuların təhlükəsiz və vaxtında qayıdışını diktə edirdi. Turnirin yarısı geridə qalıb, 28 parlaq şahmat partiyası oynanılıb. Bu oyunlardan bəziləri hələ uzun müddət öyrənilməli və analiz olunmalıdır. Bu situasiya heç də turnirin tam ləğvinə bərabər deyil. Teymur qərarını verib və bu, onun seçimi idi. Halbuki biz ona digər iştirakçılar kimi eyni təhlükəsizlik və tibbi baxış təmin edə bilərdik".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA