“ Tunel-Metro İnşaat “ MMC Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Axin.Az xəbər verir ki, bu məqsədlə “ Tunel-Metro İnşaat “ MMC tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.