axin.az

SON DƏQİQƏ

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlama

26-03-2020, 10:05

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaPenitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Axin.az”in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib.

Yəni bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazımi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Şükür ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur", - deyə M.Sadıqov qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA