axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusla bağlı rəsmi sayt Azərbaycan dilində fəaliyyətə başlayıb

25-03-2020, 20:51

Gürcüstanda koronavirusla bağlı rəsmi sayt Azərbaycan dilində fəaliyyətə başlayıbGürcüstan hökumətinin ölkədəki koronavirusla bağlı yaratdığı xüsusi www.stopcov.ge saytının azərbaycandilli versiyası hazırlanıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, internet resursun Azərbaycan dilində olan bölməsi bu gündən fəaliyyətə başlayıb.

Saytda koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizə istiqamətində atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.

Martın 3-dən aktiv olan sayt gündəlik olaraq yenilənir.

StopCov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın ermənidilli versiyası da hazırlanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA