axin.az

SON DƏQİQƏ

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

24-03-2020, 12:36

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıbMövcud vəziyyətlə əlaqədar Bakı metrosundan istifadə edən sərnişinlərin sayında ciddi azalma müşahidə olunur.

Bunu Axin.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydalar əsasında, bütün qurumlar kimi, “Bakı Metropoliteni” də müvafiq tədbirlər görür:

“Son günlər Nazirlər Kabineti tərəfindən elan edilən yeni qaydalara görə, regionlardan Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna rayon qeydiyyatında olan şəxslərin girişi müvəqqəti olaraq qadağan olunub.

Bu da, təbii ki, ictimai nəqliyyatdan istifadə edən insanların sayının azalmasına səbəb olub. Eləcə də, metrodan istifadə edən sərnişinlərin sayında kifayət qədər azalma müşahidə edilir. Ölkə ərazisində yayılan koronavirus təhlükəsi ilə mübarizə məqsədilə “Bakı Metropoliteni” tərəfindən #evdəqal şüarı hazırlanıb. İnsanları ehtiyac olmadıqca evdən çıxmamağa səsləyirik”.

Xatırladaq ki, ötən gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul olunub.

Həmin müddətdə Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilib ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA