axin.az

SON DƏQİQƏ

Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə dezinfeksiya işləri görülür

24-03-2020, 10:30

Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə dezinfeksiya işləri görülürNazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Axin.az”a verilən məlumata görə, paytaxtın Binəqədi, Sabunçu rayonlarıərazisində başa çatdırılmış dezinfeksiya tədbirləri digər ərazilərdə davam etdirilir. Dezinfeksiya işləri müvafiq kimyəvi preparatlarla aparılır və zəruri təhlükəsizlik tədbirlərinə əməl edilir.


Bundan başqa, komitə sədrinin müvafiq əmrinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bütün yaşayış sahələrində və qəsəbələrdə koronavirus xəstəliyinin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri də aparılır. Məcburi köçkünlərə izah edilir ki, koronavirus zəminində yaranan hazırkı şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlə yanaşı, hər bir vətəndaşın, o cümlədən məcburi köçkünlərin bu tədbirlərə dəstək verməsi, ictimai məsuliyyəti dərindən dərk etməsi vacibdir.

Həmçinin, komitə tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə 20 mart 2020-ci il tarixli məktubunu əsas götürərək, mart ayının 29-dan etibarən mərkəzi aparatın, tabe qurumların, habelə struktura daxil olmayan tabelikdəki təşkilatların işçilərinin bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi, öz funksional fəaliyyətlərini rəhbər şəxslər və onların zəruri hesab etdiyi əməkdaşlar işə çıxmaqla davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.


Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günləri başa çatdıqdan sonra, martın 29-dan etibarən komitə vətəndaşların qəbulunu və müraciətlərinə baxılması işini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq onlayn rejimdə - videogörüntülü və sosial şəbəkələr üzərindən davam etdirəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA