ATV telekanalının keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlı İctimai Televiziyada “Fatehin divanı” verilişinin qonağı olub.
Axin.az xəbər verir ki, Vüqar Qaradağlı ATV-dən ayrıldıqdan sonra ilk dəfə efirə çıxıb. O, verilişin aparıcısı Fatehlə söhbətində bir çox mətləblərə toxunub, hazırda doktorluq dissertasiyası üzrə çalışdığını bildirib.
Qeyd edək ki, Vüqar Qaradağlı 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub. O, 2017-ci ilin sentyabrın 26-da vəzifəsindən azad edilib. Onun yerinə isə bu vəzifəyə Azər Xəlilov təyinat alıb.