Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi bu gündən qadağan olunur.
Axin.az Axin.az-a istinadən xəbər verir ki, koronavirusa yoluxma riski yüksək olduğundan Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, martın 14-ü saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Toy məclisləri üçün verilən iki günlük güzəşt bu gündən başa çatır.
Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan xüsusi rejim bir ay davam edəcək.