axin.az

SON DƏQİQƏ

Milli Onkologiya Mərkəzi bağlanıb? - RƏSMİ AÇIQLAMA

14-03-2020, 16:12

Milli Onkologiya Mərkəzi bağlanıb? - RƏSMİ AÇIQLAMA“Milli Onkologiya Mərkəzinin bağlanmasına dair yayılan məlumatlar əsassızdır”.

Axin.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli mərkəzin bağlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, insanlara yalan informasiya verib, təlaşdırmaq lazım deyil:

“Bu məlumatları kim və hansı məqsədlə yayır, başa düşə bilmirəm. Milli Onkologiya Mərkəzində həkim kollektivi hər zamankı qaydada işlərinə davam edir. Ötən gün Nazirlər Kabineti COVID-19 təhlükəsi ilə bağlı ölkə ərazisində aylıq xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul edib. Tək biz yox, bütün tibb müəssisələrində qərara uyğun olaraq müvafiq tədbirlər görülür.

Mərkəzdə xəstələr evə buraxılmayıb. Müalicələrini mərkəzdə davam etdirirlər. Sadəcə olaraq, xəstə ziyarətini məhdudlaşdırmışıq. Bu, bizim yox, Nazirlər Kabinetinin qərarıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA