axin.az

SON DƏQİQƏ

Bakı Polisi bu şəxslərə xəbərdarlıq etdi - RƏSMİ

12-03-2020, 15:56

Bakı Polisi bu şəxslərə xəbərdarlıq etdi - RƏSMİ“Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Axin.az-ın sorğusuna cavab olaraq bildirib ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirləri ilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub:

“Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib. Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir.

Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.

Ümumiləşdirmələr göstərir ki, nəqliyyat vasitələri, əsasən, sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır.

Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri mühafizə olunmayan, işıqlandırılmayan, yaxud “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur.

Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir”.

“Məlumatda vurğulanır ki, Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı şəhər BPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən, hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşısının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin, rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır”, - deyə məlumatda qeyd edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA