axin.az

SON DƏQİQƏ

Teledərslərin sabahkı cədvəli məlum oldu - QRAFİK

12-03-2020, 11:35

Teledərslərin sabahkı cədvəli məlum oldu - QRAFİK

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 13-ü üçün nəzərdə tutulan buraxılışının cədvəli məlum olub.

“Report” xəbər verir ki, sabah I, II, VII, VIII, IX və XI siniflərin dərsləri keçiriləcək.

Belə ki, səhər saat 10.00-da VII siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, Xarici dil, saat 11.00-da VIII siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Kimya, Biologiya, saat 12.00-da IX siniflər üçün Coğrafiya, Fizika, Xarici dil, Azərbaycan tarixi, saat 13.00-da XI siniflər üzrə Azərbaycan tarixi, Fizika, Coğrafiya, saat 14.00-da I siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Xarici dil, 15.00-da isə II siniflər üzrə Azərbaycan dili, Riyaziyyat və Təsviri İncəsənət fənni üzrə teledərslər təşkil olunacaq.

Xatırladaq ki, teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək və bütün sinifləri əhatə edəcək. Dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

Verilişin sabah üçün nəzərdə tutulan cədvəli aşağıdakı kimidir:

Teledərslərin sabahkı cədvəli məlum oldu - QRAFİK


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA