axin.az

SON DƏQİQƏ

Azərbaycanda dördüncü sinif şagirdinin intiharının təfərrüatı: Atası evlənib...

11-03-2020, 16:20

Azərbaycanda dördüncü sinif şagirdinin intiharının təfərrüatı: Atası evlənib...Xəbər verdiyimiz kimi, Sabirabadda dördüncü sinif şagirdi intihar edib.

Hüquq-mühafizə orqanlarından Axin.az-a verilən məlumata görə, dörd il əvvəl uşağın anası vəfat edib və bundan sonra ata yenidən evlənib.

“Bu evlilikdən atanın başqa bir övladı olub. Məktəblinin özünə qarşı diqqət görməməsi səbəbindən özünü bədbəxt hiss etdiyi ehtimallar arasındadır”.

Qeyd edək ki, rayonun Sərxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib. O, orta məktəbin dördüncü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA