28 may ətrafında yerləşən 6 bankın 7 filialında bugün apardığımız müşahidələrdə onların heç birində nə dollar, nə də avro satıldığını müşahidə etdik. Yalnız 1-2 filial istisna olmaqla digərlərində satış məbləği yazılsa da, müştərilərə xarici valyuta satılmayıb.
Əksər bank filiallarının valyuta dəyişmə pəncərəsi önündə dolların gələcəyinə ümidlə gözləyən azı 1-15 insan həmişə var. Apardığımız müşahidələr zamanı, təqribən hər 30 saniyədən bir valyuta dəyişmək üçün bir nəfərin filiala daxil olduğunun şahidi olduq.
Bəzi banklar müştərilərə xarici valyutanın olmadığını desə də, əməkdaşımızın "Xarici valyuta satırsınızmı" sualına "500 dollar və bu dollar həcmində də təqribən 170 avro satırıq" deyə cavab verənlər oldu. Bəzi banklar isə satışın məhdud sayda filiallarda aparıldığını bildirib.
Bu dollar qıtlığına əsas səbəb neftin qiymətinin kəskin düşməsi ilə əlaqələndirilir. Gozlənilən odur ki dollar yenidən devalvasiya edəcək