Azərbaycanda ana qızına "səndən iyrənirəm" deyib atdı.
Sonxeber.az xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən 15 yaşlı Aytac Xəlilova deyib.
O,bildirib ki, 5 sinifdə oxuyarkən onda xəstəlik aşkarlanıb: "Ayağım qəfildən şişməyə başladı. Xəstəxanada mənə skolioz diaqnozu qoyuldu. Xəstəliyimə qədər hər şey yaxşı idi. Atamla anam mehriban dolanırdı. Xəstəliyim bilinən zaman anamın mənə münasibəti dəyişdi. Sonra ailəmizdə problemlər yarandı. Anam məndən iyrəndiyini deyib, bizi tərk etdi. Atam anamdan fərqli olaraq bizi heç vaxt atmadı. Bizə nənəmlə birlikdə çox yaxşı baxdı. Anamdan sonra atam ailə belə qurmadı. Məktəbdə uşaqlar bilir ki, anam xəstə olduğuma görə çıxıb gedib. Ona görə onların mənə münasibəti pisdir. Mənə görə istəmirəm ki, qardaşımla bacım anasız böyüsün. Sizdən xahiş edirəm ki, müalicəmə kömək edəsiniz".