Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 33 min qutu (hər birisində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.
Bu barədə “Axin.az”in yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Azərbaycanın qonşu ölkədən idxal etdiyi tütün məhsullarının ümumi dəyəri 856 min ABŞ dolları təşkil edib.
İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi siqaret və tütün məmulatlarının həcmi 15,3 dəfə azalıb.