axin.az

SON DƏQİQƏ

Ənvər Seyidovun qardaşı oğlu dələduzluğa görə həbs edildi - TƏFƏRRÜAT

5-03-2020, 16:04

Ənvər Seyidovun qardaşı oğlu dələduzluğa görə həbs edildi - TƏFƏRRÜATMəşhur hakim Ənvər Seyidovun qardaşı oğlu Qabil Qiymət oğlu Seyidov dələduzluq etdiyinə görə həbs olunub.

"Yenisabah"ın məlumatına görə, müxtəlif vətəndaşlardan məhkəmədə üzləşdikləri problemlərin həlli üçün xeyli miqdarda pul alan Qabil Seyidov ötən ilin ortalarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Seyidov "Qala-BTX" və "Azər Mühafizə" MMC işi ilə bağlı həbs olunan şəxslərin qohumlarına söz verib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə işlərinə kömək edəcək və bu məqsədlə onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşı tərəf məhkəmənin yekun qərarından sonra aldadıldıqlarını görərək polisə üz tutublar.

Qeyd edək ki, Qabil Seyidov vətəndaşlardan pulu əmisinin Bakı Ağır Cinayətlər Məhkəməsində işləməyindən istifadə edərək alıb. Ötən ilin dekabr ayında isə istintaq yekunlaşaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib və hakim Babək Pənahovun icraatına verilib.

Xatırladaq ki, Ənvər Seyidov ölkədə xeyli sifarişli hökmdə imzası olan məşhur hakim kimi tanınır. Ötən ilin mart ayında isə Ənvər Seyidov yaşla əlaqədar təqaüdə göndərilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA