Bakıda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə Axin.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.