axin.az

SON DƏQİQƏ

Nazirlik MTN işində zərərçəkmiş kimi tanınan şəxsin barəsindəki hökmündən şikayət verib

29-02-2020, 11:15

Nazirlik MTN işində zərərçəkmiş kimi tanınan şəxsin barəsindəki hökmündən şikayət verib

Bakıda cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma və mənimsəmədə ittiham edilən Əşrəf Kabulovun barəsindəki hökmdən Kənd Təsərrüfatı Nazirliyi apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun icraatına verilib. Məhkəmənin ilkin baxışı martın 6-na təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Kabulov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Ə. Kabulov, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələrə saxta sənədlər hazırlayıblar. Belə ki, vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif layihələrin icra olunduğunu göstərərək ayrılan vəsaiti mənimsəyiblər.

Həmin sənədlər əsasında Emil Bədəlovun müxtəlif banklarda olan hesablarına pullar köçürülərək nağdlaşdırılıb.

İttihamda ümumi dəymiş zərər Ə. Kabulova münasibətdə 420 min manat olaraq göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin mülki iddiası da qeyd edilən miqdardadır.

Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Həmin iş üzrə ittihamda göstərilirdi ki, MTN əməkdaşları Ə. Kabulovdan barəsində cinayət işi açacaqları adı ilə 30 min manat pul alıb. Həmin cinayət işi də banklardan qanunsuz pul köçürmələri ilə bağlı olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA