axin.az

SON DƏQİQƏ

Azərbaycan Ordusunda epidemioloji vəziyyət stabildir və nəzarət altındadır

26-02-2020, 18:50

Azərbaycan Ordusunda epidemioloji vəziyyət stabildir və nəzarət altındadır


“Şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür”.

Virtualaz.org-un məlumatına görə, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev deyib.

Onun sözlərinə görə, mövsümi kəskin respirator xəstəliklər, o cümlədən, koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir:

“Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır“.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA