"Bakı Metropoliteni" QSC "28 may" - "Cəfər Cabbarlı" stansiyaları istiqamətindəki tunellərin havalandırılmasını yaxşılaşdırmaq və tunel konstruksiyalarını ətraf mühütin təsirlərindən daha yaxşı qorumaq üçün işlərə başlayıb.
Bu barədə “Axin.az”a açıqlamasında qurumun mətbuat xidmetinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Cəfər Cabbarlı heykəlinin yaxınlığından tunellərə yol açılır: "İşlər yekunlaşandan sonra burada kiçik köşk olacaq. Havalandırma da ordan həyata keçiriləcək və ərazinin estetik görünüşünə yeni bir cizgi gətiriləcək. İşlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınıb", - deyə o, qeyd edib.