axin.az

SON DƏQİQƏ

İçərişəhərdəki partlayışda xəsarət alanların adları bəlli oldu

8-02-2020, 17:03

İçərişəhərdəki partlayışda xəsarət alanların adları bəlli oldu


Ötən gün İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında saat 17:10 radələrində baş vermiş partlayış nəticəsində xəsarət alanların adları bəlli olub.

Axin.az xəbər verir ki, onlar - Vaqif İsmayılov və ailə üzvləri - 2005-ci il təvəllüdlü R.İsmayılov, 2002-ci il təvəllüdlü F.Məmmədov, 1970-ci il təvəllüdlü Səidə Alik qızı Ağayevadır.

Xəsarət alanlar yanıq xəsarətləri ilə 5 saylı xəstəxanaya yerləşdiriliblər və onların vəziyyətləri qənaətbəxşdir.

Partlayışda xəsarət alan 1972-ci il təvəllüdlü Ceyhun Vaqif oğlu İsmayılova, 1982-ci il təvəllüdlü Gövhər Vaqif qızı İsmayılovaya və 1947-ci il təvəllüdlü Hökümə Ağamalı qızı İsmayılovaya isə hadisə yerində ötən gün tibbi yardım göstərilmişdi.

Qeyd edək ki, İ.Əfəndiyev küçəsi 10-da yaşayan 1942-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu İsmayılova məxsus, sahəsi 112 kv.metr olan ikimərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA