axin.az

SON DƏQİQƏ

"Bu dəfə hava daha soyuq olacaq"

8-02-2020, 13:27

"Bu dəfə hava daha soyuq olacaq"


"Fevralın 9-u və 10-da müşahidə ediləcək soyuq, küləkli hava şəraiti bu il yanvarın 24-də müşahidə edilən küləkli, yağıntılı hava şəraitindən daha kəskin, soyuq və uzunmüddətli olacaq".

Axın.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən fərqli olaraq, bu dəfə hava şəraitinin dəyişməsi prosesi iki gün davam edəcək:

"Artıq fevralın 7-i axşamdan bu proses başlayıb. Fevralın 8-də gün ərzində bu davam edəcək. Amma bu prosesin ən kəskin dövrü fevralın 9-da və 10-da olacaq. Fevralın 9-da gün ərzində və 10-da hava daha da pisləşəcək. Buna görə də bu proses bir qədər davamiyyətli olacaq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA