axin.az

SON DƏQİQƏ

Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə ölüb

1-02-2020, 11:43

Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə ölübKürdəmir rayonunda 88 yaşlı qadın evində tüstüdən boğulub.

“Axin.az” xəbər verir ki, rayonun Çöhranlı kənd sakini, 1932-ci il təvəllüdlü Nərimanova Umuhanı Rüstəm qızının yaşadığı evdə yanğın hadisəsi baş verməsi nəticəsində ölməsi barədə Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb və digər zəruri hərəkətlər icra edilib. Aparılmış ilkin araşdırma zamanı müəyyən olunub ki, Umuhanı Nərimanova Çöhranlı kəndindəki fərdi yaşayış evində tək yaşayırmış, onun görmə və eşitmə qabiliyyəti zəif olub.

Hadisə günü qonşusu ona yemək gətirən vaxt evdə yanğın olduğunun, U.Nərimanovanın öldüyünün şahidi olub. İlkin ehtimala əsasən, yanğın evdəki elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verib, otağın daxilində yaranmış tüstü nəticəsində Umuhanı Nərimanova boğularaq ölüb. U.Nərimanovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Rayon prokurorluğunda araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA