axin.az

SON DƏQİQƏ

Ağcabədi sakinindən narkotik maddə və tapança götürülüb

20-01-2020, 18:16

Ağcabədi rayon sakinindən külli miqdarda marixuana və silah götürülüb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilmiş, həyətindən əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindən "Revolver” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA