Neftçala Rayon Uşaq-Gənclər İdman və Şahmat məktəbinin direktoru Dadaşov Abdulhəsən Nadir oğlu dünyasını dəyişib.
“Axin.az-in Aran bürosu xəbər verir ki, 64 yaşlı məktəb direktoru şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, A.Dadaşov 20 ildir ki, sözügedən məktəbin direktoru işləyib.
1990-cı il 25 yanvar Neftçala hadisələrinin iştirakçısı olub.