axin.az

SON DƏQİQƏ

Qobustan qoruğundakı keramika nümunəsinin 5655 il tarixi olduğu müəyyənləşib

14-01-2020, 15:08

Qobustan qoruğundakı keramika nümunəsinin 5655 il tarixi olduğu müəyyənləşibQobustan qoruğundakı keramika nümunəsinin 5655 il tarixi olduğu müəyyənləşib.

Bu barədə "Axin"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova Qobustan abidələrinin araşdırılması tarixində yeniliyə imza atıb. Tədqiqatçı arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda çöl tədqiqatları aparıb və orada yerləşən Böyükdaş dağının aşağı səkisindən götürdüyü keramika nümunəsinin yaşını Termolüminessensiya metodu ilə tədqiq edərək, həmin nümunənin 5655 il yaşı olduğunu aşkara çıxarıb.

Sözügedən keramika nümunəsinin Qobustan abidələrinin araşdırılması tarixində ilk dəfədir ki, radioizotop metodla analizi aparılıb.

Bundan əlavə, həmin ərazidən diş nümunələri də götürülərək Elektron Paramaqnit Rezonans metodu ilə tədqiq olunub və həmin diş nümunələrinin 1894 və 1353 il əvvələ aid olunduğu sübut olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA