axin.az

SON DƏQİQƏ

Mingəçevirdə SEÇKİ ŞOUSU BAŞLAYIR... - Vətəndaşlar hədələnir

14-01-2020, 13:48

Mingəçevirdə SEÇKİ ŞOUSU BAŞLAYIR... - Vətəndaşlar hədələnirMingəçevirdə yerli hakimiyyət orqanları gözlənilən parlament seçkilərinin nəticələrinə indidən təsir etməyə başlayıblar. Bu barədə DİA.AZ-a Mingəçevir sakinləri məlumat verib. Onların sözlərinə görə, ilk olaraq seçkilərdə namizədliyini irəli sürmüş ayrı-ayrı müstəqil namizədlərə imza vermiş, onların namizədliklərini dəstəkləyənlər "silisə çəkilir".

Axin.az dia.az-a istinadən xəbər verir ki, ayrı-ayrı idarə və təşkilatların rəhbərləri "yuxarılardan" aldıqları təlimata uyğun olaraq tabeçiliklərində olan vətəndaşlara seçkilərlə bağlı təzyiqlər edərək qanunsuz olaraq istiqamət verməklə, açıq-aşkar təhdidlə məşğuldurlar.

Bildirilir ki, vətəndaşlara "seçki təlimatlarını" məhz çalışdıqları idarə və müəssisələrin rəhbərlərindən almalı olduqları, "kimə səs verəcəklərini" məhz onların müəyyənləşdirdiyi barədə aşkar təhdidlər edilir, əks halda işlərindən uzaqlaşdırılacaqları ilə hədələnirlər.

Bildirək ki, artıq bir neçə belə fakt mövcuddur və bununla bağlı Mingəçevir sakinləri Mərkəzi Seçki Komissiyasının, habelə hüquq-mühafizə orqanlarınn, xüsusən də mərkəzi hakimiyyətin müdaxiləsini vacib hesab edirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA