axin.az

SON DƏQİQƏ

Artıq “Apple” dünyanın ən dəyərli şirkəti deyil

6-12-2019, 13:48

Artıq “Apple” dünyanın ən dəyərli şirkəti deyil
Dünyanın texnologiya nəhəngi “Apple” uzun müddətdir qoruduğu “ən dəyərli şirkət” adını itirib.

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” dəyərini artıraraq “Apple” şirkətini geridə qoyub. Neft şirkəti sərmayələrinin 1,5 faizini açıq satışa çıxararaq gəlirlərini artırıb.

Belə ki, şirkətin 1 səhmi 32 Səudiyyə Ərəbistanı rialı ( təx. 14 AZN) qiymətinə satılıb və bu satışdan “Saudi Aramco” 25,59 milyard ABŞ dolları gəlir əldə edib.
Bu sərmayə satışından sonra neft şirkəti korporativ investorlardan 106 milyard ABŞ dolları, fərdi investorlardan isə 119 milyard dollar yatırım qazanıb.

“CNNTürk”ün xəbərinə görə, bu göstəricidən sonra bazar dəyəri 1,7 trilyon dollara yüksələn “Saudi Aramco” dünyanın ən dəyərli şirkəti olub.

Qeyd edək ki, bundan öncə “Apple” şirkəti 1,1 trilyon ABŞ dolları dəyəri ilə bazarda lider idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA